Novxanıda Rəsulzadənin 130 illiyinə həsr edilmişı konfrans keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Novxanıda Rəsulzadənin 130 illiyinə həsr edilmişı konfrans keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi- praktik konfrans keçirib.

Publika.Az-ın məlumatına görə, konfransı AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov açaraq, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolundan, Azərbaycan Milli Şurasını yaratmasından, nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurmasından danışıb.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasına göstərilən diqqətdən məmnun olduğunu bilidirib.

Daha sonra BDU-nun dosenti Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlər keçirilir. Əlbəttə, bu yaxşı haldır: “Bu tədbirlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Sabah Moskvada Rəsulzadə ilə bağlı tədbir keçiriləcək. Həmin tədbirdə iştirak üçün bizə də dəvət göndərilib. O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq. Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür”.

Rəsulzadə irsinin zəngin olduğunu deyən N. Yaqublu onun 10-a yaxın ölkədə yaşadığını qeyd edib: “Ölkədə yaşamaq başqa şeydir, orada fəaliyyət göstərmək isə tamam başqadır. Rəsulzadə yaşadığı ölkələrdə təşkilatlar yaradaraq siyasi fəaliyyətlə məşğul olub. Ona görə də Rəsulzadə deyəndə təkcə Azərbaycan tarixi nəzərdə tutulmur, bütövlükdə Qafqaz tarixi nəzərdə tutulur”.

N. Yaqublu qeyd edib ki, Ankara Milli Kitabxanasında Rəsulzadənin kitablarından ibarət fond fəaliyyət göstərir.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm