Qırmızı.az
Azərbaycanda polis rəisini döydülər
Bir neçə gün öncə yol polisi əməkdaşlarının İsmayıllıda keçirdiyi reydlər zamanı insident baş verib.
Rayon sakinlərinin AzVision.az-a bildirdiyinə görə, İsmayıllı rayon Dövlət Yol Polisi(DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə saxlama əmri verib.
Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı
səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin
sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və
təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova
bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə
yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis
bölməsinə aparıblar.
Sürücünün yaxınları dərhal 102 xidmətinə müraciət edərək hadisənin
araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə
cəzalandırılmasını tələb ediblər.
Şahidlərin sözlərinə görə, Əhməd Cəlilov reyd zamanı sərxoş
vəziyyətdə olub.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"