Bakıda dəmir fəhlənin ürəyinə sancıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda dəmir fəhlənin ürəyinə sancıldı

Bakının Nəsimi rayonu ərazisində fəhlə faciəvi şəkildə dünyasını dəyişib.

Nəsimi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Həsən Əliyev küçəsində tikilən hündürmərtəbəli binada fəhlə işləyən 1955-ci il təvəllüdlü Süleyman Sofqulu oğlu Səfquliyev hündürlükdən yıxılıb.


Yerdə olan dəmir armatur onun bədənina girib. Fəhlə hadisə yerində ölüb.


İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı 20-ci polis bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm