Qırmızı.az
Əlilliyi olanlara müjdə
Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Nazirlik tərəfindən əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün ayrı-ayrı bölgələrdə xüsusi emalatxanalar yaradılacaq.
Emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb. Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək.
Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO