Barda qətl
Bizi izləyin

Qırmızı.az

Barda qətl

Nəsimi rayonunda “Koral” gecə klubu kimi fəaliyyət göstərən barda qətl hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 17 yaşlı Vüsal Abdullayev bara əylənməyə gələn bir qrup şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları və prokurorluq orqanları əməkdaşları cəlb olunub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Bununla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm