Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub

2013-cü il 25 dekabrdan bu günə kimi Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub

2013-cü il 25 dekabrdan bu günə kimi Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub.

Bunların arasında məlumat və şikayət xarakterli zənglərin olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, şikayət xarakterli zənglərdə müxtəlif ixtisaslarda qeyri-müəyyənliklər, diplomların gecikdirilməsi və digər məsələlər ilə bağlıdır.

Publika.Az-ın verdiyi xəbərə görə, bu məlumatlar Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında səsləndirilib.

Məlumat xarakterli zənglər isə müxtəlif informasiya almaq məqsədinə xidmət edir. Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirdi ki, ali təhsil müəssisələri ilə bağlı 20 müraciət olub onlar da yerindəcə araşdırılıb.

“Sumqayıt Dövlət Universiteti ilə bağlı bir tələbə mənə müraciət edib. Həmin tələbəyə bildirdim ki, mənim adımdan rektora məsələnin dəqiq araşdırılmasını çatdırsın. Sonra problem olarsa yenidən əlaqə saxlasın. Yenidən zəng olmadığından problemin həll edildiyini dşünürəm.

Bakı Dövlət Universitetindən isə təhsil haqqı ilə əlaqədar müraciət olmuşdu”. Qış imtahan sessiyasında Təhsil Nazirliyinin tabeçiliyində olan ali təhsil müəssisələrindən 94825 tələbə, nazirlik tabeçiliyində olmayan ali təhsil müəssisələrindən 20567 tələbə, özəl universitetlərdən 19127 nəfər tələbə iştirak edir.

Ümumilikdə isə payız semestr imtahan sessiyasında 134519 nəfər tələbə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisələrdə isə 6-7 min tələbə oxuyur. Bu müəssisələrdə imtahanların keçirilməsi ilə əlaqədar isə nazirlikdə məlumat yoxdur.

Mətbuat konfransında TN-in Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm