• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şəmsəddin Hacıyev fakültənin köçürülməsindən danışdı - AÇIQLAMA

Şəmsəddin Hacıyev fakültənin köçürülməsindən danışdı - AÇIQLAMA

"Beynəlxalq iqtisadi münasibətlər fakültəsini "Gənclik"ə əsas korpusda sıxlıq olduğu üçün köçürüblər".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda universitetin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyev yeni rektor tərəfindən sıxışdırılaraq rəhbəri olduğu fakültənin əsas korpusdan çıxarılmasına dair yazılanlara münasibət olaraq bildirib.

Publika.az-ın xəbərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) yeni rektoru Ədalət Muradovun tapşırığı ilə ADİU-nun sabiq rektoru (2004-2014), Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin müdiri olduğu beynəlxalq iqtisadi münasibətlər kafedrası metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən universitetin əsas binasından çıxarılıb.

Hazırda beynəlxalq iqtisadi münasibətlər kafedrası Dövlət İqtisad Universitetinin "Gənclik" korpusunda fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR