Arzu Rəhimov Siyəzəndə vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Arzu Rəhimov Siyəzəndə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 30-da Xidmətin Siyəzən rayon bölməsinin inzibati binasında Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon sakinlərinin sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinhdən Publika.Az-a verilən xəbərə görə,qəbulda 17-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulu, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm