Qırmızı.az
Leyla və Arif Yunusovlar qondarma “DQR”in müstəqilliyinin tanınmasına çalışıblar - Rəsmi Açıqlama
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək, casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 2014-cü il aprelin 21-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycanın
təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri
olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu”
adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura
Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region”
Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında
“xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı
altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri,
eləcə də Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan
2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist
Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan
şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək
olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri
Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən
kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul
vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata
şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini
araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin
olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan
Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini
Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir
qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak
edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri
David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında
fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər
keçiriblər.
Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan
Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı
vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan
xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək,
Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi,
sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud
vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı
torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı
qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ
edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə
düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov
tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli
dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin
fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının
nümayəndələrinə ötürülməsinə nail olublar.
Bundan başqa, Yunusova Leyla İslam qızı hüquqi qeydiyyatı
olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və
direktoru kimi dövlət qeydiyyatına 1996-cı il 27 mart tarixdə
alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya
Uğrunda” qeyri-hökumət təşkilatının 2002-ci il 21 noyabr tarixdə
“Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları
üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi
sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə
yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat
uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə
isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu
(NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış
qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə
167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro
məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini
pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət
orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526
min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq
fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət
büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda
vergiləri ödəməkdən yayınıb.
Eyni zamanda, Leyla Yunusova Amerika Birləşmiş Ştatlarının
Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ
Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər
ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya
Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” Açıq Səhmdar
Cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88 min 910 ABŞ
dolları məbləğində pul vəsaitinin 88 min 468 ABŞ dollarlıq
hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb
əldə edərək həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan
əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə
ümumilikdə 78 min 130 ABŞ dolları məbləğində nağd pul vəsaitini
2014-cü il aprelin 24-də hesablarından çıxarıb əri Arif Yunusov ilə
əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda
olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal
həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya
bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan
sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı
şübhələr mövcuddur.
Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif
Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq,
müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa
gəlməkdən yayındıqlarından 2014-cü il 25 iyul tarixdə Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə
əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar
qəbul edilib.
Leyla Yunusovanın Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci,
192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, Arif Yunusovun isə
həmin məcəllənin 274-cü və 178.3.2-ci maddələrində nəzərdə tutulan
cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan
2014-cü il 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə
təqsirləndirilən şəxs qismində cəlb edilib, Leyla Yunusovanın
ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata
keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi,
eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd
qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir
göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa
cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai
istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət
qədər əsaslar olduğundan barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı
ilə həbs qətimkan tədbiri seçilib. Arif Yunusovun isə səhhəti
nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan
tədbiri seçilib.
Təqsirləndirilən şəxslər Leyla Yunusova və Arif Yunusovun
cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hüquqi
yardım almaq, müdafiə və sair hüquqları təmin edilib, onların
hüquqları özlərinin dəvət etdiyi vəkillər tərəfindən müdafiə
olunmaqla istintaq hərəkətlərinin icrası və prosessual məcburiyyət
tədbirlərinin tətbiqi zamanı cinayət-prosessual qanunvericiliyin
tələblərinin pozulması hallarına yol verilməyib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilərək bütün əməllərə hüquqi qiymət verilməklə nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaq.
Simnarə
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO