Sabah 38 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 38 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarmadasında havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm