Şirkətdən oğurluq edildi
Bizi izləyin

Qırmızı.az

Şirkətdən oğurluq edildi

Qobustan şəhərində yerləşən “Azalternativenerji” MMC-dən oğurluq edilib.

Qobustan rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, “Azalternativenerji “nin həyətindən 80 metr mis naqil oğurlanıb. Polisin keçirdiyi axtarış tədbiri nəticəsində cinayətdə günahlandırılan Qobustanın Poladlı kənd sakini Səyahət Quliyev saxlanılıb.

O, ifadəsində bildirib ki, mis naqilin “Azalternativenerji”yə məxsus olmasından xəbərsiz olub:

“Mən ora oğurluq məqsədilə girməmişəm. Sadəcə mis naqili götürüb çıxdım. Heç həyətyanı sahənin “Azalternativenerji “yə məxsus oluğunu bilmirdim”.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm