• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Birdəfəlik maddi yardımla təmin olunanların sayı açıqlanıb

Birdəfəlik maddi yardımla təmin olunanların sayı açıqlanıb

Cari ilin ilk yarısında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə kömək məqsədilə ümumilikdə 1200 nəfər əlilliyi olan şəxs və 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstanda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin də hər birinə ötən ildəki ilə müqayisədə 66,6 faiz çox, yəni 50 manat məbləğində birdəfəlik maddi yardım verilib.

ƏƏSMN-in müvafiq komissiyası tərəfindən sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38 930 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu göstəricilər ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 2,93 dəfə və 5,91 dəfə çoxdur.

Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi kömək göstərilənlərin sayı 11 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə kömək göstərilənlərin sayı isə 15 nəfər təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR