• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

DSMF-in Avropa İttifaqı ilə birgə layihəsi müzakirə edilib

DSMF-in Avropa İttifaqı ilə birgə layihəsi müzakirə edilib

2014-cü il 31 iyul tarixdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin Rəhbər Komitəsinin iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, iclasda layihənin fəaliyyətə başlamasından ötən dövr ərzində görülən işlər, növbəti mərhələdə qarşıda duran vəzifələr müzakirə olunub.

DSMF-nin şöbə müdiri, Rəhbər Komitənin üzvü Nigar Pənahova bildirib ki, yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi konseptual araşdırma işinin aparılması, bu istiqamətdə ortalığa çıxa biləcək kompleks sualların aydınlaşdırılması, eləcə də müxtəlif inzibati, hüquqi, maliyyə və digər əlaqədar sahələr üzrə hazırlıq işlərinin həyata keçirilməsini zəruri edir. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də fərdi uçot sisteminin tətbiqi ilə bağlıdır.

N.Pənahova qeyd edib ki, ölkəmizdə sığorta-pensiya sistemində fərdi uçotun tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, işləyən şəxsin gələcək dövlət pensiya təminatı onun sığorta stajından və fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır. Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib, bu sahədə normativ hüquqi baza yaradılıb, zəruri infrastruktur qurulub, 2 milyon 800 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Eyni zamanda, sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, sığortaolunanların bu məlumatları maneəsiz əldə edə bilməsi və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanının təmin edilməsi üçün mühüm işlər həyata keçirilib.

Sığorta-pensiya sistemində yığım komponentinin məqsədləri üçün də fərdi uçotun müvafiq qaydada tətbiqinin təmin olunacağını deyən N. Pənahova vurğulayıb ki, bunun qeyri-dövlət pensiya təminatı sahəsində reallaşdırılması vacib olmaqla yanaşı, eyni zamanda, bu sahədə fəaliyyət göstərəcək özəl pensiya fondlarının zəruri infrastruktura malik olmasını şərtləndirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR