Qənirə Paşayeva intihar etmək istəyən şəxsin çağırışına getdi - FOTOLAR, VİDEO (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva intihar etmək istəyən şəxsin çağırışına getdi - FOTOLAR, VİDEO (YENİLƏNİB - 2)

Axar.az əməkdaşının verdiyi xəbərə görə, intihar etmək istəyən şəxs millət vəkili Qənirə Paşayevanın hadisə yerinə gəlməsini tələb edir.

Millət vəkili Qənirə Paşayeva Axar.az-a bildirdi ki, intihar etmək istəyən şəxs və onun millət vəkili Qənirə Paşayevanı görmək istəyi ilə bağlı məlumatsızdır:

"İntihar etmək istəyən şəxsin məni görmək arzusunu indi sizdən eşidirəm.Hazırda tədbirdəyəm. Bu dəqiq tədbirdən çıxıb hadisə yerinə gedirəm ".

15:54

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Koroğlu metrostansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihara cəhd edən şəxsin kimliyi məlum olub. Bu, 40-45 yaşlı Yusif Əmirov adlı şəxsdir.

Məlumata görə, hasidə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Şəxsi problemləri oluğuna görə, intihar etmək istəyən şəxslə hazırda danışıqlar aparılır.

Simnarə

15:13

Aeroport yolunda bir nəfər intihara cəhd edib.

Publika.az-ın məlumatına görə, körpünün üzərinə çıxan şəxs intihar etmək istəyir. Buna görə də ərazidə maşınların hərəkəti dayanıb. Bu barədə feysbuk sosial şəbəkəsində məlumat verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm