Qırmızı.az
Azərbaycanlı diaspora rəhbəri güllələnən vaxt mal-qara otarırmış – ŞOK AÇIQLAMA
“Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov müharibə gedən Luqansk yaxınlığındakı Kamenko kəndində 2000 baş xırda və iribuynuzlu mal-qaraya baxış keçirərkən separatçılar tərəfindən güllələnərək öldürülüb”.
Bu sözləri Publika.az-a açıqlamasında Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev bildirib.
Onun sözlərinə görə, sözügedən 2 min baş mal-qara mərhum Telman Cəfərova məxsus olub:
“Hadisə baş verən vaxt Telman Cəfərov avtomobildə olub. Ehtimal olunur ki, atəş separatçıların idarə etdiyi “BTR” markalı hərbi texnikadan açılıb və güllə Telman Cəfərovun boyun nahiyəsindən dəyib. Hadisə baş verən vaxtı mal-qaranı otaran daha 3 nəfər də azərbaycanlı olub. Hələlik onların taleyi barədə heç bir məlumatım yoxdur”.
R.Uğurluyev deyib ki, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi baş verən hadisə ilə bağlı müvafiq işlər həyata keçirir:
“Digər azərbaycanlılarla bağlı məsələ səfirlik tərəfindən araşdırılır”.
Vasif Həsənli
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK