• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Niyaməddin Orduxanlı: ”Az qala Leyla Yunusu Nelson Mandela elan etsin”

Niyaməddin Orduxanlı: ”Az qala Leyla Yunusu Nelson Mandela elan etsin”

“Leyla Yunus ermənilərə casusluq edirdi. Şəxsən məndə heç bir şübhə yox idi ki, Leyla Yunus vətənə xəyanət etməsin! Onun fəaliyyətinə baxanda ancaq görmək olurdu ki, bu adam sadvalçıları, əlikram hümbətovları, Bakıda metro terroru törədən şəxsləri müdafiə edir".

Bu sözləri mətbuata BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Leyla Yunus daim Ermənistanın milli maraqlarına xidmət edib və bunu görməmək və yaxud da özünü görməzliyə vurmaq özünü aldatmaqdan başqa bir şey deyil: “Leyla Yunusa 3 milyon dollardan artıq qrant layihəsi veriblər. Bu adam bu pulların müqabilində Azərbaycanın ictimai adamlarını Ermənistana aparırmış. Bütün dünyaya göstərirmiş ki, Azərbaycanla Ermənistan arasında münaqişə aradan qalxıb və artıq gediş-gəliş yaranıb. Leyla Yunusun əsas fəaliyyətlərində biri də bu olub. Leyla Yunus birbaşa Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirdi. Digər tərəfdən, ortaya sual çıxır ki, bu qədər pulun vergisini niyə gizlədirdin? Hansı inkişaf etmiş ölkələrdə bu qədər vəsaitin vergisini gizlətmək olar? Amerikada, Qərbdə bu cür hallar baş verərsə, dərhal həmin QHT sədrinə cinayət işi acılar. Vətənə xəyanətə görə isə, ömürlük azadlıqdan məhrum edərlər.”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı radikal müxalifət düşərgəsini, xüsusən də Əli Kərimlini Leyla Yunusu müdafiə etmək üçün dəridən-qabıqdan çıxdığını dedi: ”Əli Kərimlinin əlinə imkan düşüb. Az qalır beynəlxalq təşkilatların gözünə girmək üçün Leyla Yunus Nelson Mandela elan etsin. Heç olmasa, indi utanın ki, bu adam bütün ömrünü erməniyə nökərçilik etməklə keçirib. Leyla Yunusun özü belə bunu deməkdən çəkinməyib. Bu faktın özü onu göstərdi ki, Əli Kərimli kimi insanlar üçün heç bir dəyər, meyar yoxdur...”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR