Şahbazın ikinci məktubu da gəldi
Bizi izləyin

Qırmızı.az

Şahbazın ikinci məktubu da gəldi

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə girov götürdüyü Şahbaz Quliyevdən gələn 2-ci məktubun da məzmunu birincidən fərqlənmir.


ANS PRESS-in məlumatına görə, məktubu bu gün saat 12:00 radələrində BQXK-nin Bərdə ofisinin əməkdaşları girovun bacısı İlhamə Quliyevaya verib. İki cümlədən ibarət olan məktubun ikinci sətirindəki yazının qələmlə qaralanması isə Şahbaz Quliyevin yaxınlarını narahat edir.


Onların fikrincə, Şahbaz məktubu təsir altında yazır və vəziyyəti heç də yazdığı kimi yaxşı deyil.


Girovun bacısı İlhamə Quliyeva deyir: "Xahiş edirik, Şahbazın şəkillərini yollasınlar. Vəziyyətini özümüz gözümüzlə görək. Biz də yazdıq ki, bizdən nigaran olma, qızının vəziyyəti yaxşıdır. Anamızın bu işdən xəbəri yoxdur, ona bildirməmişik".


İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nin Bərdə ofisindən Şahbaz Quliyev haqqında əlavə məlumat verilməyib. Komitədən onu da bildiriblər ki, tezlikə girovlarla yenidən görüşüləcək və o zaman da əlavə məlumat veriləcək.


Şahbaz Quliyevlə birgə girov götürülmuş Dilqəm Əsgərovun yaxınlarına gələn məktubu da dünən ailə üzvləri BQXK-nin Bərdə ofisindən alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm