Qırmızı.az
Azərbaycana xüsusi narkotiklər üçün maddələr gətirilir
Qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələrin böyük əksəriyyəti İrandan gətirilir. Publika.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş komitənin geniş kollegiya iclası ərəfəsində bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə gömrük orqanları tərəfindən Azərbaycana 135 kiloqramdan artıq narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Rusiyadan narkotiklərin gətirilməsi ilə bağlı bir neçə hadisə istisna olmaqla, yerdə qalan faktların hamısı İranla sərhəddə qeydə alınıb.
DGK sədri əlavə edib ki, diqqəti belə maddələrin qaçaqmalçılığının strukturuna yönəltmək lazımdır: "İlk dəfə qaçaqmalçılığın ümumi həcmində heroin yüksək xüsusi çəkiyə malikdir. Bu, diqqət yönəldilməsi lazım olan çox həyəcanlı faktdır. Uzun müddət biz ölkəyə kokain gətirilməsi cəhdləri ilə üzləşməmişik. Belə hallar 2013-cü ildə qeydə alınıb. Ən ciddi amil kimi bir çox sintetik maddələrin istehsalı üçün xammal rolunu oynayan metamfetaminlərin qaçaqmalçılığı, eləcə də tranzitini qeyd etmək lazımdır".
A.Əliyevin sözlərinə görə, bundan başqa, iri həcmdə mobil texnikanın və zərgərlik məmulatlarının qanunsuz daşınması cəhdlərinin qarşısı alınıb.
Sevinc Fədai
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO