• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ermənilər cəbhəboyu hücuma keçdi: 11 hərbçimiz şəhid oldu, bir mülki şəxs yaralandı (YENİLƏNİB- 2)

Ermənilər cəbhəboyu hücuma keçdi: 11 hərbçimiz şəhid oldu, bir mülki şəxs yaralandı (YENİLƏNİB- 2)

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Məzəm kənd sakini, 197o-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu yaralanıb.

Məzəm və Quşçu kəndlərində sakinlərin hərəkəti maksimum məhdudlaşdırılıb. Əhali evdən çölə çıxmağa qorxur. Düşmən snayperlərlə atəş açır.

Publika.az-ın cəbhə xəttində olan müxbiri xəbər verir ki, erməni silahlıları dünən saat 20:00-dan səhər saatlarınadək Qazaxın Quşçu Ayrım, Məzəm, Aslanbəyli, Qaymağlı, Ağköynək, Abbasbəyli, Alpout kəndlərində əsasən yaşayış evlərini iriçaplı silahlardan atəşə tutublar.

Vasif Abdiyev

09:50

Teleqraf.com-un verdiyi məlumata görə, atışma nəticəsində 11 hərbçimiz həlak olub. Onlardan 3-nün Ağdam istiqamətində həlak olduğu bildirilir. Fakt dəqiqləşdirilir.

09:45

İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

Həmçinin iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir

00:05

Ermənistan ordusu cəbhənin Qazax istiqamətində yenidən fəallaşıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər hazırda Qazaxın Məzəm, Quşçu Ayrım, Ağköynək,Aslanbəyli, Qaymaqlı kəndlərini intensiv atəşə tutur. Əsasən yaşayış evləri hədəf alınıb. Sakinlərin

mal-qarası çöldə qalıb, avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Hazırda Ağköynək, Qaymaqlı və Aslanbəyli kəndlərində əhali əsasən evlərin zirzəmisində və hasarların arxasında gizlənir.

Ermənistan ordusu atəşkəsi saat 20:00-dan pozmağa başlayıb.

Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan ordusunun giziri şəhid olub. Ölən gizir İsa Almazovdur.

Hazırda da intensiv atışma gedir.Azərbaycan ordusu düşmənə cavab atəşi açır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR