6 nəfər boğuldu
Bizi izləyin

Qırmızı.az

6 nəfər boğuldu

İyulun 31-də paytaxtın müxtəlif çimərliklərində 6 nəfər suda boğulub. Onların ikisi ölüb, dördünün həyatını xilas etmək mümkün olub.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ Şöbəsindən məlumat verilib.

Ötən gün 20-40 yaşları arasında 3 qadın Bilgəh çimərliyində boğulub. Xilasedicilər tərəfindən onlar xilas edilib və yardım göstərilib.

Bir nəfər 70 yaşlı kişi Duzlu göl adlanan ərazidə boğulub, o həkimə şatdırılana qədər ölüb.

İki nəfər isə Mərdəkan çimərliyində boğulub. Onlardan biri 20 yaşlarında kişidir. O, həkimə çatdırılana qədər ölüb. Digəri isə 28 yaşlı qadındır ki, onun həyatını xilas etmək mümkün olub. Ilkin yardım göstərildikdən sonra,o, 26 saylı xəstəxanaya çatdırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm