Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində günəşli hava şəraiti gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecəyə doğru şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm