Həmkəndlisini bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Həmkəndlisini bıçaqladı

Cəlilabad rayonunda həmkəndlilər arasında bıçaqlanma olub. Rayon polis şöbəsindən Publika.az-a verilən xəbərə görə, Cəlilabad rayon Alar kənd sakini Ramil Abışov həmkəndlisi Qoşqar Məmmədova bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R.Abışov polis tərəfindən tutulub. O, istintaqa ilkin ifadəsində həmyerlisini aralarında yaranmış münaqişə zəminində bıçaqladığını deyib. R.Abışovun sözlərinə görə, qarışı tərəf onun ünvanına nalayiq ifadələr işlədib, o da əsəblərinə hakim ola bilməyib, bıçağa əl atıb.

Hadisənin təfərrüatları istintaqda araşdırılır.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm