Polis şöbəsindən 50 kiloqram kokain oğurlandı
Bizi izləyin

Qırmızı.az

Polis şöbəsindən 50 kiloqram kokain oğurlandı

Fransada qeyri-adi oğurluq baş verib.

Publika.az “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Parisdə polis şöbəsindən 51 kiloqram kokain oğurlanıb.

İyulun 4-də yerli polis narkomafiyaya qarşı geniş əməliyyat keçirərək 2,5 milyon avro dəyərində narkotik maddə müsadirə etmişdi. Bir sıra narkotik tacirləri həbs olunmuşdu.

Müsadirə olunmuş kokain Kedofevr küçəsində, polis anbarındakı konteynerlərdə saxlanılırdı. Dünən isə polislər konteynerlərin boş olduğunu görüblər. Axtarışlar nəticə verməyib.

Faktla bağlı cinayət işi açılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm