Qırmızı.az
Təhsil Nazirliyi şikayətlərin sayını açıqladı
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə (“Qaynar xətt” xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,Telefon Məlumat Mərkəzinə 8761 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil
olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub)
əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ
həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada
Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə,
147 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil
sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından
əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini
tapıb.
Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə
günü (2036 zəng), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan
15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən
çox həftənin çərşənbə (1634 müraciət) və çərşənbə axşamı (1411
müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan
16:00-dək müraciət edilib.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı