Bakıda müttəhim məhkəmə zalında özünü doğradı
Bizi izləyin

Qırmızı.az

Bakıda müttəhim məhkəmə zalında özünü doğradı

Dünən, 31 iyul 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Ceyhun Maqsudovun ölümü ilə bağlı cinayət işinə baxılıb.

Xətai rayon prokurorluğunun apardığı 10 aylıq istintaq prosesində Yusif Kamil oğlu Məhərrəmov mərhumu bıçaqla vurduğunu etiraf etsə də, müstəntiq yetkinlik yaşına çatmayan Kinyaz Kinyazlını qatil elan edib.

Məhkəmə prosesində hakim Rauf Əliyev özünü çox kobud apararaq düzgün ifadə verən şahidə “əə, deyəsən hallısan...hallanmısan” kimi hakim adına yaraşmayan ifadələr işlədərək narazılığa səbəb olurdu. Rauf Əliyevin hərəkətləri o qədər narazılıq yaratdı ki, məhkəmənin gedişində Yusif Məhərrəmov hakimin hərəkətlərinə etiraz olaraq ülgüclə 3 dəfə özünü qarın nahiyəsindən doğrayıb.

Bunu görən hakim Rauf Əliyev “kanvoyy...kanvoyy” qışqıraraq məhkəmə zalından qaçıb.

Məhkəmə avqustun 4-də davam etdiriləcək. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm