• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əsgərlərimizin şəhid olması ilə bağlı daha bir xəbər - ŞOK

Əsgərlərimizin şəhid olması ilə bağlı daha bir xəbər - ŞOK

Bu gecə cəbhə xəttində baş verən atışmada 11 əsgərimizin həlak olmasının təfərrüatı ilə bağlı məlumat yayılıb.

Axar.az-ın Ağdamdakı mənbələrdən əldə etdiyi məlumata görə, əsgərlərimizi düşmən snayperləri vurub.

Bildirilir ki, hərbçilərimizi əvvəlcə AKM (Avtomat Kalaşnikov) silahı ilə atəşə tutublar. Manevr etmək üçün yerlərini dəyişən Azərbaycan hərbiçilərinin sübh çağı bu yerdəyişməsini isə snayperlər izləyib və əsgərlərimiz şəhid olub.

Ağdam sakinlərinin sosial şəbəkədə yaydıqları məlumatda isə bildirilir ki, onlar artıq iki gün idi erməni tərəfdən hücum gözləyirdilər:

“Biz bu hücumu gözləyirdik. Bir neçə gün öncəki hücumda ermənilər ciddi itki vermişdilər. Ermənistan bəyan etdi ki, 2 əsgər itirib. Ancaq yalandır, onlar çoxlu itki verib. Ona görə də ermənilərin növbəti hücumu gözlənilirdi. Xüsusilə, avqustun 1-i hücum olacağı barədə cəbhə ərazisində yerləşən bütün sakinləri məlumatlandırmışdılar”.

Ağdam sakinləri hücum gözlənildiyi halda bu qədər itkinin olmasını isə rus snayperləri ilə əlaqələndiriblər:

“Heç vaxt belə əməliyyat olmayıb ki, iri çaplı silahlardan atəşkəs pozulsun, kənd qranatamyotdan atəşə tutulsun və paralel olaraq snayperlər işləsin. Əsgərlərimizi şəhid edən rus snayperləridir. Onlar əvvəlcədən mövqe seçmişdilər”.

Sonda isə Ağdamın Qapanlı kəndində, “Sərhəd bəyin qoruğu” adlı ərazidə hazırda da atışma getdiyi qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanda olan Rusiyaya məxsus 102-ci bazada kəşfiyyatçıların təlimi keçirilirdi. Təlimin mahiyyəti dağ alpinizmi ilə bağlı idi.

Qeyd edək ki, ermənilərin gecə hücumu nəticəsində Azərbaycan ordusunun 11 şəhid verdiyi, 5 əsgərimizin isə yaralandığı bildirilir. Müdafiə Nazirliyi hələ də rəsmi açıqlama yaymayıb.

Bu barədə bir az əvvəl Publika.az saytı şəhidlərin ailəsinə istinadən xəbər yaymışdı (Link:http://publika.az/p/33954)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR