Azərbaycanda arvadının qulağını kəsən kişiyə hökm oxundu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda arvadının qulağını kəsən kişiyə hökm oxundu

Arvadına dəhşətli işgəncə verən Astara rayon sakini, 33 yaşlı Çingiz Mehdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, bu il oktyabrın 1-də Astara rayonunun Kələdəhnə kəndində Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona ağla gəlməyən işgəncələr verib.

Artupa kəndindən anadan olan Nisə Xəlilova 9 ilə yaxındır Kələdəhnə kəndində yaşayan Mehdiyevlər ailəsinə gəlin köçüb. Ömrünün son 3 ilini işgəncələr içində keçirən Nisə hadisədən 9 ay əvvəl ata evinə qayıdıb. Çingiz Mehdiyev ailələrinin dağıtmamaq bəhanəsi ilə onu geri qaytara bilib. Nisəni evə gətirən Çingiz onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Sonuncu işgəncə faktının baş verməsinə səbəb Çingizin qumarda Nisə Xəlilovanın nişan üzüyünü uduzması olub. Çingiz evdə olan qızıl üzüyü apararkən Nisə buna müdaxilə edib. Verilən işgəncələrə dözməyən iki uşaq anası var gücü ilə bağlandığı otaqda qışqırmağa başlayıb.

Qonşular qızın atası Telman Xəlilova zəng edərək onu hadisədən xəbərdar ediblər. Atası gəldikdən sonra ciddi xəsarət alan qızını Astara rayon mərkəzi xəstəxanasına çatdırıb. Çingiz Mehdiyev hadisədən bir neçə gün sonra həbs edilib.

Hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Çingiz Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm