Cəzaçəkmə müəssisəsinin rəisi dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Cəzaçəkmə müəssisəsinin rəisi dəyişdirildi

Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində kadr dəyişikliyi olub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Mahir Yasəf oğlu Əliyevə həvalə edilib.

Ədliyyə polkovnik-leytenantı M.Əliyev 1986-cı ildən cəza-icra orqanlarında xidmət edir. 2011-ci ildən Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm