Partiya rəsmisi şəhidlərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Partiya rəsmisi şəhidlərdən danışdı

“Leyla Yunusun ermənilərə casusluq etməsi ilə bağlı vətənə xəyanət maddəsi ilə həbs edilməsindən bir gün sonra ermənilərin 11 əsgərimizi şəhid etməsi təsadüf deyil.”

Bu sözləri “Publika.az”ın müxbirinə BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, ermənilər bu addımı atmaqla həm də Leyla Yunusun “qısasını” almaq istəyirlər:” Biz qəti şəkildə erməni vəşiliyini cavabını verməliyik! Milli ordumuz ağır artilleriyadan istifadə etməklə hücuma keçməli, kəskin şəkildə cavab verməlidir. 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm elan etmək yox, ciddi cavab vermək lazımdır. Azərbaycanın çox böyük hərbi qüdrəti var. İimiqyaslı əməliyyatın həyata keçirilməliyik. Ordumuz ağır artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır. Qana qanla cavab verməliyik. Bu qədər əsgərimizin öldürülməsi ilə Azərbaycan barışa bilməz. Hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh yolu ilə həllinə ümidlər var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm