Mehmanxanalarda Türkiyə və Uktraynalı ekspertlər təlim keçəcək
Bizi izləyin

Qırmızı.az

Mehmanxanalarda Türkiyə və Uktraynalı ekspertlər təlim keçəcək

Mehmanxanalarda Türkiyə və Uktraynalı ekspertlər təlim keçəcək

Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı iki illik layihənin birgə həyata keçirilməsinə dair 13 noyabr 2012-ci il tarixində müqavilə imzalanıb.

Publika.Az-ın verdiyi xəbərə görə, layihənin məqsədi Bakı Turizm Peşə Məktəbinin institusional potensialının və texniki imkanlarının artırılmasıdır.

Bundan başqa, turizm sektoru üçün peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin potensialının gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Layihənin icrası nəticəsində Bakı Turizm Peşə Məktəbinin idarəetmə sistemi gücləndiriləcək, onun tədris və təlim planları təkmilləşdiriləcək. Adıçəkilən layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, turizm sektoru üçün ixtisaslı kadrların hazırlanması, yerli xidmət sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə mövcud olan digər məsələlərin həllinə xidmət edəcək.

Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin tələbələri üçün ixtisas üzrə müvafiq təlim kursları, həmçinin etika, estetika, psixologiya, konfliktlilik və ingilis dili tədris olunur. Təlimlərdən yüksək nəticə əldə etmək məqsədilə praktiki dərslər müvafiq avadanlıqla təchiz olunmuş otaqlarda keçirilir.

Həmçinin Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə xidməti obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm