Zürafələrin dəhşətli olümü
Bizi izləyin

Qırmızı.az

Zürafələrin dəhşətli olümü

Cənubi Afrikada yaşanan bir hadisə heyvansevərləri qəzəbləndirib.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Cənubi Afrika respublikasının Yohannesburq şəhərinin ən işlək avto-magistrallarından birində yük maşınına qoyularaq aparılan iki zürafənin başı yolüstü keçidə çırpılıb. Qəza zamanı zürafələrdən birinin öldüyü, digərinin isə ölümdən xilas olduğu bildirilir. Hadisədən sonra ölkədə müzakirələr meydana gəlib. Yük maşınının sürücüsü isə özünü müdafiə etmək üçün yolüstü keçidin alçaq olduğunu vurğulayıb.

Ölümdən canını qurtaran zürafəni klinikaya aparılar. Zürafələrin sosial şəbəkədə paylaşılan görüntülərinə çox sayda ölkə vətəndaşı öz reaksiyasını bildirib və sürücü məsuliyyətsizlikdə günahlandırılıb.

Qeyd edək ki, zürafələrin Yohannesburqdan 160 km məsafədə yerləşən Vormbarts fermasına aparıldığı bildirlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm