Qırmızı.az
"Sevil Massivi"nə görə bələdiyyə sədri işini itirdi – 300 minlik qalmaqal
“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) yerləşdiyi Abşeron rayonu, Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev vəzifəsindən azad edilib.
AzNews.az-ın məlumatına görə, M.Mirsadiyevin işdən çıxarılmasına
səbəb onun “Sevil Massivi” MTK-nın təsisçisi Aynur Zeynalovla
qanundankənar cinayət əlaqəsinə girərək, dövlət ərazilərini adı
çəkilən tikinti şirkətinə satması olub. İstintaq zamanı isə müəyyən
olunub ki, MTK-nın təsisçisi Aynur Zeynalov ifadəsində torpağı
bələdiyyədən almaq üçün dövlət büdcəsindən gizlədilməklə 300 min
manat məbləğində pul verib.
Məhkəmə M. Mirsadiyevin səhhətini nəzərə alaraq, Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib.
İstintaqın bu qərarından sonra – iki gün əvvəl isə bələdiyyə
üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M. Mirsadiyev
bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul
olunub.
Əldə olunan məlumatlara görə, Aynur Zeynalovla işbirliyində bəzi
ətraf qəsəbə bələdiyyə sədrlərinin də adları hallanır. Prosesin
gedişatı ilə bağlı ətraflı məlumat verəcəyik.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Sevil
Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə
ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində
başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam
etdirilir.
Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun
həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə
qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat
məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən
yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu
halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə
məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində
şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi
Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara
Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci
(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Qeyd edilənlərlə yanaşı, Abşeron rayonu Hökməli bələdiyyəsinin
sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq
sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait
yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan
170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar
olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin
311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır
xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan
tədbiri seçilib.
İstintaqla həmçinin müəyyən edilib ki, "Sevil Massivi" MTK-nın
məsul şəxsləri Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri
M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin
mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə
də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı
sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq
zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə
satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq
sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına
alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib.
Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan
sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq
vətəndaşların adlarına rəsmiləşdirilib.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı