Qırmızı.az
Ordu üçün 56 milyon pul yığıldı
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, 2014-cü ilin avqust ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 56 389 974 AZN, 211 791 dollar, 593 avro vəsait yığılıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı
Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə
yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu
respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi
şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə
qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait
Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi
təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə,
onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi
elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi
texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların
hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin
sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.
Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə
Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət
göstərir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO