Maşın ağaca çırpıldı: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Maşın ağaca çırpıldı: yaralılar var

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən xəbərər görə, hadisə Zaqatala-Muğanlı yolunun Muğanlı kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

22 yaşlı kənd sakini Allahverdi Məmmədəliyev idarə etdiyi “BMW” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü Allahverdi Məmmədəliyev və avtotmobildə olan sərnişin Şahin Mehrəliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilıblər. Ş.Mehrəliyevə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın boşluğunun ağır əziyi diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Digər xəsarət alan Allahverdi Məmmədəliyev xəstəxananın travmatoligiya şöbəsinə yerləşdirilib,vəziyyəti orta stabil hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm