"Space" yenə də şəhidlərə sayğısızlıq etdi
Bizi izləyin

Qırmızı.az

"Space" yenə də şəhidlərə sayğısızlıq etdi

Azərbaycan ordusunun iki gündə 12 şəhid verdiyi bir vaxtda yerli tekanallarda bayram əhvali-ruhiyyəsi müşahidə edilir. Ötən gün ictimaiyyətin ciddi qınaq obyektinə çevrilən bu məsələ bəzi televiziya rəhbərlərinə dərs olmayıb. Bu gün səhər saatlarında “Space” telekanalında “Hər gün” verilişinin qonaqları və aparıcısının oynaması, əylənməsi bunu bir daha sübut edir.

Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad günü təbriklərini çatdırıblar.

Məsələ ilə əlaqədar Teymur Mustafayevlə əlaqə saxladıq. Telefona oğlu Seymur cavab verərək, atasının yanında olmadığını dedi. O, atasının efirə çıxmasına da aydınlıq gətirdi.

“Veriliş bir neçə gün əvvəl çəkilib. Həmin çəkilişin niyə bu gün verilməsinə isə “Space” telekanalı cavab verməlidir”.

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyevlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. Baxmayaraq ki, dünən saytımıza açıqlamasında şəhidlərlə əlaqədar proqramda dəyişiklik olacağına söz vermişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm