Sumqayıtda evdə qumbara partladı, ata və oğul xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda evdə qumbara partladı, ata və oğul xəsarət aldı

Sumqayıt şəhərində yaşayan şəxsin evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 1-də saat 02 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllədə yaşayan Əmiraslan Haşumov evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə dağıntı olmayıb, Ə.Haşımov və atası Mirdamət xəstəxanaya yerləşdiriliblər.

Evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm