• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda tikinti şirkətində partlayış olub, yaralanan var

Bakıda tikinti şirkətində partlayış olub, yaralanan var

Bakının Səbail rayonunda "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda partlayış olub.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şosesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb.

Dağıntı olmayıb, lakin orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR