Ermənilər Tərtəri minaatanlarla atəşə tutur - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ermənilər Tərtəri minaatanlarla atəşə tutur - VİDEO

Ötən gecə çəbhənin Ağdam və Tərtər istiqamətində vəziyyət yenidən gərgin olub.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, gecə təxminən saat 3 radələrindən başlayaraq, Ağdamın işğal altında olan ərazilərindən Tərtərin Qazyan kəndi istiqamətindəki Azərbaycan ordusunun mövqeləri iriçaplı silahlarla atəşə tutulub. Erməni diversiya qruplarının iştirakı ilə ərazilərimizə hücum edilib. Ermənilərin başlatdığı atışma təxminən bir saata yaxın davam edib. Baş verən atışma zamanı iriçaplı silahlardan, minaatatanlardan da istifadə edilib. Düşmənin postlarımıza etdiyi hücumun qarşısı alınıb.

Gecə rayonun Qapanlı kəndində olan əməkdaşımız atışmadan bəzi görüntüləri çəkə bilib. Həmçinin yerli sakinlər bildirib ki, ötən gecə saat 00:00 radələrindən başlayaraq, ermənilərin Kəlbəcər istiqamətindən Ağdərəyə hərbi texnika cəmləşdirdikləri müşahidə edilib.

Daşqın Abdullayev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm