Hərbi ekspert: “Dünən bu risk daha yüksək idi, bu gün azalıb”
Bizi izləyin

Qırmızı.az

Hərbi ekspert: “Dünən bu risk daha yüksək idi, bu gün azalıb”

İyunun 31-dən avqust ayının 1-nə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində gərginləşən vəziyyət dünən gecə də ciddiliyini saxlayıb. Dünən 8 hərbçisini itirən Azərbaycan ordusunun bugünkü itkisi isə 5 nəfər olub.

Publika.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə təmas xəttində baş verənləri xarakterinə görə döyüş toqquşması kimi qiymətləndirib.

“Baş verənlərin elmi adı döyüş toqquşmasıdır. Burada atəşkəsin pozulmasından bir qədər geniş vəziyyətdən söhbət gedir. Atəşkəsin pozulması isə odur ki, sadəcə, səngərdən qarşı tərəfə atəş açılır. Həm rəsmi, həm də qeyri-rəsmi açıqlanan itkiləri nəzərə alsaq, görərik ki, vəziyyət ciddidir”, - hərbi ekspert deyib.

Hərbi ekspert bəzi iddiaların əksinə olaraq, hazırkı toqquşmaların lokal hərbi əməliyyatlarla əvəzlənəcəyini istisna edir: “Lokal əməliyyatlar üçün risk həmişə var və dünən belə bir risk var idi. Amma söhbət həmin riskin faizindən gedir. Dünən bu risk daha çox idi, bu gün azalıb”.

A.İsazadə Azərbaycan hərbçilərinin bəzilərinin rus snayperləri ilə vurulduğu barədə iddialara da münasibət bildirib. Hərbi ekspert bunun istisna edilmədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm