Ermənilərin atəşə tutduğu Kəmərlidən –Reportaj – Video
Bizi izləyin

Qırmızı.az

Ermənilərin atəşə tutduğu Kəmərlidən –Reportaj – Video

Publika.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Ermənistan Silahlı Qüvvələri təxminən 10 dəqiqə əvvəldən başlayaraq yenidən Qazaxın İncə Dərəsi istiqamətində intensiv atəşə başlayıb.

Ermənilər əsasən Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərini atəşə tutub.

Kənd sakinləri vəziyyətə alişsalarda atışma başlayan andan avtomobillərin hərəkəti dayanıb, insanlar evlərinə cəkilərək güllədən qorunublar.

Müxbirimiz kənd də olduğu 1 saat müddətində intensiv atişma davam edib.

Qeyd edək ki, Kəmərli kəndində atışma başlayan zaman düşmən tərəfi Qazaxın digər cəbhə kəndlərində, Məzəm , Quşcuayrim , Cəfərli, Balacəfərli və Fərəhli kəndlərini də atəşə tutub .

Quşcuayrim kəndindən sakinlər bildirdilər ki bu gün səhər kənd sakinlərinə məxsus iri buynuzlu bir necə mal qarada erməni tərəfindən vurulub.

Bütün bunlara baxmayaraq, kənd sakinləri evlərini tərk etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm