Bakıda soyuqdan 12 nəfər donub
Bizi izləyin

Qırmızı.az

Bakıda soyuqdan 12 nəfər donub

Yanvar ayı ərzində 12 nəfər şaxtadan donub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün Bakı şəhəri ərazisində bir nəfərin donması barədə stansiyaya müraciət daxil olub.

Soyuqdan donmuş səxsi Keşlə qəsəbəsində yerləşən xəstəxanaya yerləşdiriblər. Verilən məlumata görə yanvar ayı ərəzində ümumilikdə donan şəxslərdən 11-i kişi, 1-i isə qadın olub. Donan şəxslərin daha çox soyuq dəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Stansiyadan bildiriblər ki, donan insanlar daha çox Bakının mərkəzindən kənarda yerləşən Qara Qarayev və Keşlə qəsəbəsindəki xəstəxanalara yerləşdiriblər. Donanların əksəriyyətinin evsiz “bomj” həyatı sürən şəxslər olduğu bildirilir. Şaxtalı havalarda donan insanların sayının artacağı da istisna deyil (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm