Qırmızı.az
Gənc alimlər Bakıda bir araya gələcək
Bu il oktyabrın 15-16-da Bakıda Neftçilər Gününə həsr
olunan “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya)
aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu”
mövzusunda gənc alim və mütəxəssislərin birinci beynəlxalq elmi
konfransı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və
Mütəxəssislər Şurasından bildiriblər ki, AMEA və Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, Şuranın
təşkilatçılığı ilə keçiriləcək tədbirdə 50-dən çox ölkədən gənc
alimlərin iştirakı gözlənilir.
Konfrans çərçivəsində çıxışlar texnika, Yer və kimya elmləri üzrə
multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılıb.
Təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında
aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə
üstünlük verəcək. /AzərTAc/
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı