Erməni əsir var-dövlətindən danışdı
Bizi izləyin

Qırmızı.az

Erməni əsir var-dövlətindən danışdı

Mamika Xocayan özünü gah dövlət təhlükəsizlik xidməti orqanlarının işçisi, gah da üzümçü kimi təqdim edir

Yanvarın 28-də sərhədin Tovuz istiqamətində, daha dəqiq desək, Əlibəyli kəndi yaxınlığında əsir düşən erməni diversiya qrupunun bələdçisi Mamika Tiqranoviç Xocayan ANS-in suallarını cavablandırıb. Özünü yaxşı hiss etdiyini deyən erməni əsir burada ona göstərilən diqqətdən razıdır.

Xocayan özü barədə isə qarışıq məlumatlar verir. Özünü gah dövlət təhlükəsizlik xidməti orqanlarının yaxşı bir işçisi, gah da spirtli içki hazırlayan üzümçü kimi təqdim edir. Hazırda xəstəxanada erməni əsirin müalicəsi davam etdirilir.

“Ermənistanda 2 dənə böyük bağım var. 2 maşınım var. Həmin 2 maşınla həyətimdəki üzümü yığıb əzib sıxmışam. 20-40 litr təmiz araq çəkmişəm. Özümü burada yaxşı hiss edirəm. Yıxılmışam qolum sınıb, indi hər şey yaxşıdır, qolum da yaxşıdır, burada mənə yaxşı baxırlar”.

Həkimlər onun vəziyyətinin kafi olduğunu deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm