• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fabrikdə partlayış: 65 ölü, 150 yaralı

Fabrikdə partlayış: 65 ölü, 150 yaralı

Çinin şərqindəki Çyansu əyalətinin Kunşan şəhərində bir fabrikdə baş verən güclü partlayış nəticəsində azı 65 nəfər ölüb. 150-dən çox adamın da yaralandığı bildirilir.

ANS PRESS-in məlumatına görə, partlayış baş verərkən təkər fabrikində 200-dən çox işçi olub.

Partlayışdan sonra ərazini qara tüstü bürüyüb və bu, bölgədəki sakinlər arasında panikaya səbəb olub. Hadisə yerinə xeyli saydi təcili tibbi yardım maşınları gəlib. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Partlayışın hansı səbəbdən baş verdiyi isə hələ məlum deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR