Elçin İmanov şən mahnılara qadağa qoydu
Bizi izləyin

Qırmızı.az

Elçin İmanov şən mahnılara qadağa qoydu

Şən və məzəli mahnıları ilə daim gündəmdə olan tanınmış bəstəkar Elçin İmanov şəhidlərimizin ruhuma hörmət əlaməti olaraq öz mahnılarının sosial şəbəkələrdə paylaşılmasına sərt reaksiya verib.

Axar.az-ın məlumatına görə, bəstəkar bu haqda özünün Feysbuk səhifəsində yazıb:

“Bütün dostlarıma səslənirəm. Əgər siz həqiqətən mənim dostumsuzsa, mənim mənsub olduğum xalqa hörmətlə yanaşın, mənim bəstələdiyim şən əhval-ruhiyyəli mahnıları paylaşmayın. Məgər indi vaxtıdır?”

Elçin İmanov dostlarına sərt şəkildə xəbərdarlıq edib:

“Xəbərdarlıq edirəm ki, bu müraciətdən sonra həmin paylaşmalar davam edərsə, bunu xalqıma, onun kədərinə qarşı, həlak olan oğlanlarının ruhuna qarşı təxribat kimi qiymətləndirəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm