Qırmızı.az
Mətbuat Şurası KİV- ləri diqqətli olmağa çağırdı
Azərbaycan Mətbuat Şurası kütləvi informasiya
vasitələrinin cəbhə xəttindəki hadisələrlə bağlı fəaliyyətinə
münasibət bildirib. Şuranın bəyanatını təqdim edirik:
"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış
gərginliklə bağlı mediamızda çoxsaylı informasiyalar yer
almaqdadır. Fikir, söz və ifadə azadlıqları şəraitində məsələyə
xüsusi diqqət göstərilməsi anlaşılandır. Torpaqlarının 20 faizini
itirmiş, 1 milyondan artıq vətəndaşının qaçqın həyatı yaşadığı
ölkənin kütləvi informasiya vasitələrinin həssas mövzuya üz tutması
da qəbulediləndir. Təəssüflə bildirməliyik ki, cəbhə xətti ilə
əlaqədar xəbərlər yayan bir çox internet media resurslarının
tutduqları dəst-xətt onların həssas mövzuya peşəkar münasibət
meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşgünlüyü yaratmaq
istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının
monitorinqinin nəticələri də bunu təsdiqləyir.
Mətbuat Şurası müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı
gündən başlayaraq mövzuya dair məlumat yayan internet media
resurslarının sayında dinamizm yaranıb. Söz azadlığı şəraitində
cəmiyyətə informasiya yaymağa məsul media vasitələrinin sayının
çoxalması müsbət hal sayılsa da, qeyd etdiyimiz kəmiyyət artımının
keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə əksini tapmaqdadır.
Şura cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınmasının
vacibliyini rəhbər tutur. Buna görə də həmin nəticələri müvafiq
tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara təqdim edəcək. Qurum
nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara kökləndiyi
aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə çarpan
internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar
içərisində qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə
bilər. Bu isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən
müharibədəki qələbənin informasiya müstəvisində qazanıldığı
reallığını nəzərə alsaq, ictimai rəyi formalaşdırmaq missiyasını
üzərinə götürmüş Azərbaycan jurnalistikasının bu müharibədən qalib
çıxması üçün media adına iddialı olan kənar, xoşagəlməz təsirlərdən
uzaqlaşılmalıdır.
Mətbuat Şurası hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə
malik KİV-lərə xüsusilə həssas olmağı tövsiyə edir. Qurum hesab
edir ki, indiki vaxtda cəmiyyətin obyektiv və operativ
informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi
üçün hər bir jurnalistin işinə məsulyyətlə və vicdanla yanaşması
şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə
edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.
Siyasi partiyalara yaxınlığından, tutduğu mevqeyindən və baxışından
asılı olmayaraq, hər bir KİV-in dövlətçiliyə sadəqət, milli mənafe
prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm
daşımaqdadır. Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual
olan bu məqama, həmçinin böyük ənənələrə malik Azərbaycan
jurnalistikasının mühüm tarixi proseslərdəki səfərbəredici
funksiyasına söykənir. Şura inanır ki, həqiqi qələm sahibləri
cəbhədəki vəziyyətlə əlaqədar materialların təqdimatında qüdrətli
ordu qürurumuzun formalaşdırılmasını başlıca vəzifə kimi
müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti peşəkar
şəkildə dəyərləndicərəcək, praktik müstəvidə meydana çıxması mümkün
olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum Azərbaycanın
KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə
yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından örnək
səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir".
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO