Təhsildən yayınan uşaqlar məktəblərə qaytarılacaq
Bizi izləyin

Qırmızı.az

Təhsildən yayınan uşaqlar məktəblərə qaytarılacaq

Azərbaycanın şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyalar yaradılacaq.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öhdəliklər sırasında yer alıb.

Öhdəliklər sırasında ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına “Gender siyasətinin əsasları”nın tədrisinin daxil edilməsinə nail olunması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması da əksini tapıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm