Qazaxa qonaq gedən ana və 3 balasının faciəsi
Bizi izləyin

Qırmızı.az

Qazaxa qonaq gedən ana və 3 balasının faciəsi

Qazax Rayonunda bir ailənin 4 üzvü ana və 3 övladı Kür çayında boğulub. Bu barədə ANS PRESS-ə Qazax Rayon Prokurorluğunun baş müstəntiqi Qasım Ağayev məlumat verib.

Baş müstəntiq , qeyd edib hadisə avqustun 2-si, günorta saatlarında rayonun Aslanbəyli kəndinin ərazisində qeydə alınıb. Onun sözlərinə görə, həmin gün Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə birlikdə Kür çayının sahilində həmin kəndə qonaq gediblər.

Bu zaman ailənin övladı 1997-ci il təvəllüdlü Civişov Rafiq Tofiq oğlu suda çimən zaman qəfildən boğulub. Ana 1968-ci il təvəllüdlü Civişova Pərvanə Əsəd qızı oğlunu xilas etməyə çalışıb. Ailənin qızları 1992-ci il təvəlldülü Civişova Aytən və 1994-cü il təvəllüdlü Gülmirə də özlərini suya atıblar. Bu zaman ailənin bütün üzvləri suda boğulublar.

Axşam saatlarında ananın meydi tapılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Sulardan Xilasetmə birqadasının əməkdaşları həmin ərazidə axtarış aparırlar. Qızlar və oğlanın meydi hələ ki tapılmayıb.

Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm