Ermənilər bugecəki itkilərini açıqladılar - Son dəqiqə
Bizi izləyin

Qırmızı.az

Ermənilər bugecəki itkilərini açıqladılar - Son dəqiqə

Ermənistan Azərbaycanla savaşda növbəti itkisinin adını açıqlayıb.

Axar.az xəbər verir ki, öz itkilərinin adını gizlədən rəsmi İrəvan bu gün ölən əsgərləri mükafatlandırarkən adlardan daha birini açmaq məcburiyyətində qalıb.

Serj Sərkisyan dörd nəfəri mükafata təqdim edib. Bunlar içərisində baş leytenant Zorik Jirayroviç Gevorkyan, Azat Arturoviç Amoyan, leytenant Qor Babkenoviç Qriqoryan və serjant Ararat Vaçikoviç Xanoyanın adları olub. Adı çəkilən şəxslərdən üçü haqqında Ermənistan məlumat versə də, leytenant Qor Babkenoviç Qriqoryanın öldüyü barədə kiçik informasiya belə yaymayıb.

Qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi” isə daha bir erməni əsgərin öldürüldüyünü, üç nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, bütün adı çəkilən şəxslərin hər biri Qarabağda cəbhənin ön xəttində gedən son döyüşlərdə ölüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm