3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın!"
Bizi izləyin

Qırmızı.az

3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın!"

Millət vəkili Qənirə Paşayeva türk dünyasının millət vəkillərinə,siyasətçilərinə müraciət edib.

ANS PRESS-in məlumatına görə, xanım millət vəkilinin müraciətində “3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın" ifadəsi qeyd olunub:

“Türk dünyasının qardaş millət vəkilləri, siayasətçiləri! Cəmiyyətə örnək olacaq mesajlarınızda Ermənistanın işğalı altında olan Qarabağı unutmayın!

Türk dünayasının jurnalistləri! Ermənistanın işğalı altında olan məscidləri dağıdılan, 3 gündə 13 şəhid verdiyimiz Qarabağı, 1 milyon qaçqını unutmayın!

Türk dünyasında konsert verən sənətçilərimiz! Konsertlərinizdə Ermənistanın işğalı altında inləyən, 3 gündə 13 şəhid verən Qarabağı unutmayın!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm